Dövlət Əmlak Komitəsi məhkəməyə verilib
06 may 2009 13:00 (UTC +04:00)

Dövlət Əmlak Komitəsi məhkəməyə verilib

İddiaçı tərəf dövlət komitəsini özəlləşdirmə üçün müəyyən olunmuş qiymətləri şişirtməkdə ittiham edir

“Gəncə Enetjiquraşdırma-4” Açıq tipli Səhmdar Cəmiyyəti Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsini (DƏIEDK) məhkəməyə verib. İddiaçı tərəf komitə rəhbərliyini özbaşınalıqda və korrupsiya əməllərində təqsirləndirir.

Lent.az-ın səhm.az saytına istinadən xəbər verir ki, komitənin nümayəndələri “Gəncə Enetjiquraşdırma-4” ASC-nin istifadəsində olan dövlətə məxsus torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulan qaydada özəlləşdirilməsi üçün təqribən 14 000 manat əvəzinə 120 000 manat tələb edirlər. Səhmdar Cəmiyyət isə bu tələbi yerinə yetirmədiyindən komitə müəssisəyə qarşı əlavə problemlər yaratmağa başlayıb.
Helsinki Vətəndaş Assambleyası AMK Qərb Bölgə nümayəndəliyinin rəhbəri Aslan Vəliyev bildirib ki, bununla bağlı Prezident Administrasiyasına, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədrinə, Nazirlər Kabinetinə, Baş Prokurorluğa, Milli Məclisə, Baş Prokurorluğun yanında Korrupsiya ilə Mübarizə İdarəsinə 2 dəfə məlumat verilib. Ancaq bundan sonra problemin həlli daha pis məcraya yönəlib.

Bundan sonra “Gəncə Enerjiquraşdırma-4” ASC-nin rəhbərliyi problemin hüquqi cəhətdən araşdırılması üçün Xətai rayon məhkəməsinə müraciət edib. Artıq məhkəmə iddiaçı tərəfin ərizəsini icraata götürüb və mayın 8-də hakim İlqar Qaralovun sədrliyi ilə ilk proses keçiriləcək.

Xatırladaq ki, “Gəncə Enerjiquraşdırma-4” ASC “Azərenerji”nin keçmiş “Azərelektrikşəbəkətikinti” Trestinin Gəncə Tikinti Sahəsinin bazasında yaradılıb. 2002-ci ildə özəlləşdirilmiş səhmdar cəmiyyətin hazırda təqribən 1,4 torpaq sahəsi var.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 847

Oxşar yazılar