İnşaatçılar metrosunun üstündə qadın öldü
13 noyabr 2010 10:28 (UTC +04:00)

İnşaatçılar metrosunun üstündə qadın öldü

0
Dövlət Yol Polisindən Lent.az-a verilən məlumata görə, Şərifzadə küçəsində, “İnşaatçılar” metrosunun üstündə yolu keçmək istəyən qadını maşın vurub.

“VAZ 2107” markalı maşın 1971-ci il təvəllüdlü Süleymanova Hicran Məcnun qızını vurub. Nəticədə xəsarət alan 39 yaşlı qadın hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1380

Oxşar yazılar