FHN Bakıda tapılan döyüş sursatları ilə bağlı rəsmi məlumat yayıb
Bakıda Səbael rayonu ərazisində aşkar olunmuş döyüş sursatlarının aşkarlandığı ərazidə axtarış işləri davam etdirilir. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Badamdar qəsəbəsi ərazisindəki teleqüllənin yaxınlığında partlamamış döyüş sursatlarının aşkarlanması barədə ilk olaraq nazirliyin "112 zəng mərkəzi"nə məlumat daxil olub.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və ANAMA-nın mütəxəssisləri tərəfindən hadisə yerində aşkar edilmiş 1700 ədəd döyüş başlığı olmayan 125 mm zirehli texnika əleyhinə çapaltı mərmilər xüsusi nəqliyyat vasitəsinə yüklənərək ANAMA-nın Güzdək qəsəbəsi ərazisində yerləşən poliqonuna aparılıb.
Hazırda sursatların aşkarlandığı ərazidə axtarış işləri davam etdirilir.

568