İqbal Ağazadənin qohumunu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saxlanılan şəxs Gürcüstan vətəndaşı olan Elbrus Xəlilovdur. O, Sabunçu rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin fərarilik maddəsi ilə axtarışda olub. Lakin sonradan onun törətmiş olduğu ağır, xüsusilə ağır cinayətləri üzə çıxıb.
Belə ki, adıçəkilən şəxs bu il fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevi öldürməkdə, atası İsmayıl Balayevi isə ağır yaralamaqda şübhəli bilinir. Bundan başqa o, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində Müdafiə Nazirliyinin əsgərini, habelə həmin qəsəbədə polis əməkdaşlarını öldürməkdə günahlandırılır. E. Xəlilov Tağıyev qəsəbəsində polis əməkdaşını qətlə yetirəndən sonra onların tabel silahını da özü ilə götürüb. Fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinə basqında istifadə olunan tapançanın məhz həmin polis əməkdaşının tabel silahı olduğu sübuta yetirilib.
E. Xəlilovun Bakı şəhərində də bir sıra xüsusilə ağır cinayətlər törətdiyi, bir neçə valyutadəyişmə məntəqəsinə basqın edərək külli miqdarda pul apardığı qeyd olunur. Hüquq-mühafizə orqanlarından, həmçinin bildirilib ki, E. Xəlilov Rusiyada saxlanarkən çoban qiyafəsində olub. Azərbaycan Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı onun ölkəyə ekstradisiya edilməsi üçün artıq Rusiyaya ezam edilib.
Sumqayıt şəhər Polis İdarəsindən isə APA-ya bildirilib ki, Rusiyada saxlanılan E. Xəlilov Vüqar Balayevi öldürməkdə, atası İsmayıl Balayevi isə ağır yaralamaqda şübhəli bilinir. Onun həmin cinayətdə bilavasitə iştirakına gəldikdə isə bu, saxlanılan şəxsin dindirilməsindən sonra məlum olacaq.
Qeyd edək ki, bu gün Rusiya mətbuatı Azərbaycanda bir sıra qətl, ictimai rezonans doğuran ağır cinayətlər törətmiş xüsusi təhlükəli şəxsin Belqorod şəhərində saxlanılması barədə məlumat yayıb. APA-nın “Bel.ru” saytına istinadən verdiyi xəbərə görə, Belqorod milisi cinayətkarın həmin regionda ola bilməsi barədə Azərbaycan polisindən məlumat aldıqdan sonra onu ələ keçirə bilib. Saxlanılan şəxsin hazırda Azərbaycana ekstradisiya olunması məsələsi müzakirə olunur.
Gürcüstan əsilli olan həmin şəxs Azərbaycanda yaşayıb, ordudan fərarilik edib, bir neçə il ərzində ağır cinayətlər törədib. Azərbaycan hüquq-mühafizə orqanları onu dövlətlərarası axtarışa verib.
Azərbaycan polisi müəyyən edib ki, o saxta sənədlərlə ölkəni tərk edib və Belqorod vilayətində gizlənir. Azərbaycanlı həmkarlarından aldıqları məlumat əsasında Belqorod vilayətinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları bir sıra tədbirlər həyata keçirərək, cinayətkarı saxlayıb.
Xatırladaq ki, bu il fevralın 20-də Sumqayıt sakinləri İsmayıl Balayev və onun oğlu Vüqar Balayev iş yerinə gedərkən Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıblar. Nəticədə iki güllə yarası alan Vüqar Balayev hadisə yerindəcə keçinib, İsmayıl Balayev isə xəsarətlə Sumqayıt Şəhər xəstəxanasına yerləşdirilib. Silahlı basqına məruz qalan ata-oğul millət vəkili İqbal Ağazadənin yaxın qohumlarıdır.
Azərbaycanın baş prokuroru Zakir Qaralov ötən ay mətbuata açıqlamasında Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçilərinə olan basqınla bağlı istintaqın gedişində ciddi irəliləyişlərin olduğunu deyib. Z. Qaralov qeyd edib ki, həmin cinayət hadisəsini törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində istintaq qrupu çox ciddi işlər görür: “Cinayəti törədən şəxsin hadisə yerində buraxdığı izlər var. Həmin şəxsin hadisə yerindən qaçdığı mikroavtobusdan onun saç və qan nümunələri götürülüb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Ümumilikdə deyə bilərəm ki, Sumqayıtda, Tağıyev qəsəbəsində dörddən çox bu cür cinayət hadisələri törədilib. Məlum hadisə də daxil olmaqla həmin cinayətlərin hamısının açılması və cinayəti törədən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi təmin olunacaq”.

696