İraqdakı partlayışda ölən azərbaycanlının meyiti bu gün Bakıya göndəriləcək
Bu barədə APA-ya açıqlamasında İraqda baş vermiş partlayışın canlı şahidi olmuş zəvvar Ceyhun Hacıyev məlumat verib. Onun sözlərinə görə, hadisə zamanı yaralanan digər üç nəfərin vəziyyəti yaxşıdır. C. Hacıyev hadisənin təfərrüatları barədə də danışıb: “Azərbaycandan İraqa 54 nəfər zəvvar gəlib. Qrupa rəhmətlik İntiqam Rüstəmov rəhbərlik edirdi. Onların böyük əksəriyyəti böyük avtobusda, 9 nəfəri isə “Hyundai” maşınında idi. İntiqamla mən də həmin maşındaydıq. Partlayış bizim olduğumuz maşında baş verdi. Ancaq hər şey qəfil olduğundan partlayışın necə baş verdiyini xatırlamıram. Bircə onu bilirəm ki, 3 nəfər ağır yaralanmışdı. Biz onları təcilli xəstəxanaya çatdırdıq. Sonradan qrupun rəhbəri İntiqam Rüstəmovu da xəstəxanaya gətirdilər. O, xəsarət almamışdı, partlayışdan şoka düşmüşdü. Həkimlərin səyinə baxmayaraq, onu şokdan ayıltmaq mümkün olmadı”.
Partlayışın kim tərəfindən və hansı məqsədlə törədilməsinin hələ də məlum olmadığını vurğulayan C. Hacıyev yaralılar istisna olmaqla, digər zəvvarların ziyarəti davam etdirdiklərini qeyd edib: “Hazırda 50 zəvvar ziyarətlərini davam etdirir. Yaralıların vəziyyəti yaxşılaşsa, onlar da bizə qoşulacaqlar. Partlayışda həlak olan İntiqam Rüstəmovun meyiti isə bu gün Bakıya göndəriləcək”.
C. Hacıyev qrupun bir neçə günə ziyarəti başa vuraraq ölkəyə qayıdacağını bildirib. O, həmçinin hadisə zamanı ölən İntiqam Rüstəmovun Nardaran, yaralıların isə Bakı şəhər sakinləri olduğunu qeyd edib.
Qeyd edək ki, hadisə oktyabrın 13-ü, səhər saat 10.00 radələrində İraqın Diava vilayətində, kürdlərin kompakt yaşadığı ərazidə qeydə alınıb. Hadisə zamanı soydaşlarımızdan İntiqam Rüstəmov həlak olub, Elvin Aslanov, Abdullayev Elçin Tahir oğlu və Abdullayev Elçin Vahid oğlu yaralanıblar. Ayağından yaralanan Elvin Aslanov Bağdada aparılıb, orada cərrahiyyə əməliyyatı olunub. Azərbaycanın İraqdakı səfirliyi vətəndaşlarımızın durumunu nəzarət altında saxlayır.
Xarici İşlər Nazirliyi isə növbəti dəfə Azərbaycan vətəndaşlarını İraqa səfərdən çəkinməyə çağırıb.

539