Gəlin köçməyə hazırlaşan qızın cehizləri evlə birlikdə külə döndü
Bu gün Xaçmaz rayonunda yanğın baş verib. Rayonun Yergüc kəndində 3 otaqlı yaşayış evi əşyaları ilə birlikdə yanaraq külə dönüb. Yanğın nəticəsində kənd sakini Ənvər Əhmədova məxsus evi tamamilə yararsız vəziyyətə düşüb. Yaşayış evinin 70 kvadrat metr hissəsi yanıb. Ev sahibinin Lent.az-a verdiyi məlumata görə, evdə 4000 manat pul və bu yaxınlarda ailə həyatı qurmağa hazırlaşan qızın cehizləri də olub. Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.
530