Terrorun şahidi: “O, tapançanı yerə qoyub, cibindən nə isə çıxardı...”
Daha bir şahid Lent.az-a danışdı
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən terror aktını yaxından görən daha bir şahid Lent.az-a açıqlama verib. ADNA-nın birinci kurs tələbəsi Nazim Nəcəfov hadisəni belə nəql edib: “Dərslər saat 09.30-da başlayır. Birinci dərsin sonuna yaxın atəş səsləri eşitdik. Müəllim bu səsi eşidib, dəhlizə çıxdı. Biz tələbələr də çıxmaq istəyəndə müəllim icazə vermədi. Sonra müəllim otağa qayıtdı. Təxminən 15-20 dəqiqə sonra müəllim yenidən dəhlizə çıxarkən mən də onun arxasınca çıxdım. Dəhlizə çıxanda gördüm ki, orada əlində silah tutmuş bir nəfər var. O, silahı yerə qoyaraq, cibindən nə isə çıxarırdı. Bu an mən tez otağa qayıtdım. Uşaqlarla qapını arxadan bağladıq. Bundan sonra pəncərədən aşağı baxmağa başladıq. Əraziyə polis əməkdaşları gəldi. Mülki geyimli bir polis işçisi gəlib bizə dedi ki, artıq heç nə yoxdur, təhlükə sovuşub. Ancaq bundan sonra da atəş səsləri gəlirdi”.
Pərvin ABBASOV

Oxşar yazılar

Rusiyada 100-ə yaxın əsgər hərbi hissədən qaçmağa cəhd etdi, 3-ü tapılmır
19 aprel 2025 , 14:28
Bakıda soyuducuda narkotik gizlədən qadın və kişi TUTULDU
19 aprel 2025 , 13:43
Bakıda toyda zəhərlənənlərin sayı 50 nəfərə çatdı - YENİLƏNİB
19 aprel 2025 , 13:00
Bakıda dələduzluq edən qadın və kişi tutuldu
19 aprel 2025 , 11:53
Bakıda iş və pensiya düzəldənlər saxlanıldı - 88 minlik DƏLƏDUZLUQ
19 aprel 2025 , 11:04
Sumqayıtda maşını TIR-a çırpan sürücü öldü
19 aprel 2025 , 10:38