Neft Akademiyasındakı terror hadisəsinin bəzi təfərrüatları
30 aprel 2009 11:45 (UTC +04:00)

Neft Akademiyasındakı terror hadisəsinin bəzi təfərrüatları

Azərbaycan Dövlət Neft Akademiyasının II korpusunda terrorçunun həlak olan şəxsləri necə qətlə yetirməsinin bəzi təfərrüatları məlum olub.

Yasamal rayon Məhkəmə-Tibb Ekspertizasının həkimi Natiq Məmmədovun APA-ya verdiyi məlumata görə, hadisə nəticəsində terrorçu ilə birgə 13 nəfər həlak olub. Həlak olanlardan 10-u Səhiyyə Nazirliyinin Yasamal rayon Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə gətirilib. Meyitlərin hamısının şəxsiyyətinin müəyyən edilərək ailələrinə təhvil verildiyini vurğulayan N. Məmmədov həlak olan digər 3 nəfərin meyitinin isə Nəsimi rayon Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə aparıldığını söyləyib.


O, qətlə yetirilənlərdən 9-un tələbə, 3-ün isə ADNA-da çalışan şəxs olduğunu bildirib. Həlak olanlardan birinin döş qəfəsindən aldığı güllə yarasından, birinin isə güllədən xilas olmaq üçün özünü binanın pəncərəsindən ataraq öldüyünü vurğulayan tibbi ekspert terrorçunun digər şəxsləri başından atəş açmaqla qətlə yetirdiyini qeyd edib. Sonda isə polis tərəfindən tutulacağından ehtiyat edən terrorçu əlindəki silahla başına atəş açaraq özünü öldürüb.


Qeyd edək ki, bu gün saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən “Qaz-neft-mədən” və “Neft mexanikası” fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb, intensiv tədbirlər həyata keçirilir.


Cinayət işinin istintaqı Azərbaycan Respublikası Prezidentinin nəzarəti altındadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 895

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46