Göyçayda iki bacı qazdan boğulub
Bu gün Azərbaycanın Göyçay rayonunda təbii qaz sızmasından bir ailənin iki üzvü ölüb, digəri isə komaya düşüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 5.15 radələrində baş verib.
Göyçay şəhəri Məmməd Əmin Rəsulzadə küçəsi 2 ünvanında yaşayan Nazir Rzayevin evində təbii qaz sızması baş verib. Nəticədə onun qızı 1995-ci il təvəllüdlü Rzayeva Sevinc, 1997-ci il təvəllüdlü Rzayeva Nazlı dünyasını dəyişib. Ailənin 1999-cu il təvəllüdlü digər övladı Rzayeva Leyla isə koma vəziyyətində rayon Uşaq Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, ailənin üç qız, bir oğlan övladı var. Təbii qaz sızması qızlar yatan otaqda baş verib.
Hadisəyə gecə saatlarında təbii qazın verilişinin dayandırılması və yenidən bərpa olunması səbəb olub.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar yazılar

Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33
Şəmkirdə kişi yanıb öldü
30 iyun 2025 , 18:31
Beyləqanda iki maşın toqquşdu: Sürücülərdən biri öldü
30 iyun 2025 , 18:23
“Sputnik Azərbaycan”ın qanunsuz maliyyələşməsi ilə bağlı araşdırma başladı - RƏSMİ
30 iyun 2025 , 17:57
Polis "Sputnik Azərbaycan"ın iki əməkdaşını BELƏ QANDALLADI-VİDEO
30 iyun 2025 , 17:35