Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən iş adamına hökm oxundu
21 aprel 2009 15:30 (UTC +04:00)

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən iş adamına hökm oxundu

Dövlət əleyhinə açıq çağırışlarda təqsirli bilinərək həbs edilən iş adamı Hacıbəy İbrahimov (Zaqatalski) və onun daha iki tərəfdaşı barəsində cinayət işi üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə heyəti tərəfindən Gəncə şəhəri Nizami rayon Məhkəməsində keçirilən məhkəmə prosesi bu gün yekunlaşıb.

APA-nın qərb bürosunun məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin, o cümlədən 30-dək şahiddən 24-nün ifadəsi dinlənilib. H. İbrahimov və digər təqsirləndirilən Hacı Katlayev ittihamnamə üzrə özlərini qismən təqsirli bildiklərini, Nəbi Sulxayev isə özünü təqsirli bilmədiyini deyib.
Daha sonra dövlət ittihamçısı Müstəcəb Əliyev istintaq materialları, şahid ifadələri və ekspertiza rəylərinə istinad edərək məhkəmədən H. İbrahimovun 7 il, H. Katlayev və N. Sulxayevin isə hər birinə 5 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə H. İbrahimovun 6, digər iki şəxsin 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdə, həmçinin N. Sulxayevin ittiham aktında göstərilən vərəqələri paylayarkən istifadə etdiyi “VAZ-21011” markalı şəxsi avtomobili müsadirə edilmədən onun ailə üzvlərinə qaytarılması öz əksini tapıb.

Qeyd edək ki, “Zaqatalski” kimi tanınan H. İbrahimov iş adamıdır. O, Zaqataladakı “Ləzzət” istirahət guşəsi və “Mağara” tütün fermer təsərrüfatının sahibidir.
H. İbrahimov ötən il oktyabrın 13-də Milli Təhlükəsizlik Nazirliyi və Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat zamanı həbs olunub. Bir neçə gün sonra isə onun daha iki tərəfdaşı, sürücüsü Nəbi Sulxayev və sahibi olduğu “Ləzzət” istirahət guşəsinin əməkdaşı Hacı Katlayev həbs edilib.

İttiham aktına görə, Onların hər üçü rayonun milli azlıqlar yaşayan kəndlərində milli zəmində təxribat xarakterli vərəqələr yayarkən MTN-in yerli əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil veriliblər. 15 vərəqdən ibarət “Ulu babaların səsi” sərlövhəli, 300 nüsxədə çap edilərək bu 3 nəfər tərəfindən yayılmış broşüralarda dövlət əleyhinə çağırışlar və bölgədə Muxtar Respublika yaratmaq meylləri əks olunub. H.Zaqatalskinin evində axtarış aparılarkən oradan 2 ədəd əl qumbarası, AK-74 tipli döyüş silahları üçün nəzərdə tutulan 5,45 mm kalibrli patronlar, eyni tipli silahlara aid iki ədəd patron darağı aşkar edilib.

H. Zaqatalski və onun tərəfdaşları Azərbaycan Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə təqsirləndiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46