
Bakıda 16 yaşlı məktəblini maşın vurdu
Bakının Xətai rayonu ərazisində 16 yaşlı məktəblini avtomobil vurub. Xətai rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün saat 08:35 radələrində rayonun “Nobel” prospekti 110 ünvanında qeydə alınıb. Orxan Cəfərovun idarə etdiyi 10 BO 566 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil yolu keçmək istəyən 16 yaşlı məktəbli Elnur Məmmədovu vurub. Zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Oxşar yazılar

6-cı mərtəbədən yıxılan yeniyetmə sağ qaldı
30 iyun 2025 , 13:15
"Sputnik Azərbaycan"da əməliyyat keçirilir
30 iyun 2025 , 12:49
Bakıda mağazada ÖLÜM
30 iyun 2025 , 12:45
Rüfət Səfərovun məhkəməsi BAŞLADI
30 iyun 2025 , 12:40
Ağdamda polis minaya düşdü - YENİLƏNİB
30 iyun 2025 , 11:52
Bakıda gənc oğlanın kanalizasiyaya düşüb ölməsi ilə bağlı cinayət işi AÇILDI
30 iyun 2025 , 11:48
Yekaterenburqda öldürülənlərin nəşi nə zaman gətiriləcək? - AÇIQLAMA
30 iyun 2025 , 11:45