Rusiyada öldürülmüş 22 yaşlı qız Bakıda dəfn olundu
Mərhumun atası dəfnə gələ bilməyib
Rusiyanın Sankt-Peterburq şəhərində atası Qafar Kərimov tərəfindən qətlə yetirildiyi deyilən 1988-ci il təvəllüdlü Rumiyyə Kərimova bu gün Bakıda dəfn olunub. Lent.az-ın müxbiri xəbər verir ki, R.Kərimovanın cənazəsi təyyarə ilə Bakıya saat 14.00 radələrində gətirilib. O, “NZS” qəsəbəsində – baba və nənəsinin dəfn edildiyi qəbiristanlıqda torpağa tapşırılıb.
Mərhumun yaxınları Lent.az-ın əməkdaşı ilə söhbətində Rusiya mətbuatının yazdıqlarının əksinə olaraq, R.Kərimovanın açıq-saçıq geyindiyinə görə atası tərəfindən öldürdülməsi fikrini qəti şəkildə rədd ediblər: “O, nümunəvi tələbə olub. Pavlov adına Tibb Universitetində təhsil alırdı. Atasını “vurmaq” məqsədilə qızından istifadə olunmaqla iyrənc hərəkətə əl atılıb”.
Dəfn mərasimində mərhumun anası da iştirak edib. Lakin atası Q.Kərimovdan Sankt-Peterburqu tərk etməmək barədə iltizam alındığından o, dəfn mərasiminə qatıla bilməyib.
Pərvin ABBASOV

Oxşar yazılar

6-cı mərtəbədən yıxılan yeniyetmə sağ qaldı
30 iyun 2025 , 13:15
"Sputnik Azərbaycan"da əməliyyat keçirilir
30 iyun 2025 , 12:49
Bakıda mağazada ÖLÜM
30 iyun 2025 , 12:45
Rüfət Səfərovun məhkəməsi BAŞLADI
30 iyun 2025 , 12:40
Ağdamda polis minaya düşdü - YENİLƏNİB
30 iyun 2025 , 11:52
Bakıda gənc oğlanın kanalizasiyaya düşüb ölməsi ilə bağlı cinayət işi AÇILDI
30 iyun 2025 , 11:48
Yekaterenburqda öldürülənlərin nəşi nə zaman gətiriləcək? - AÇIQLAMA
30 iyun 2025 , 11:45