İlhamə Quliyevanın oğlu həbsdən buraxıldı - YENİLƏNİB
“Ekstazi işi” üzrə məhkəmə prosesi başa çatdı
Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov və Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Yalçın Həsənov 8 il, Əli İsmayılov 7 il 6 ay, Həsən Həsənov 7 il 3 ay, Ruslan Rüstəmov 7 il 3 ay, Zubiyə Qulami 6 il, Ruslan Zalıyev 2 il, Vüqar Əliyev 2 il və Cavid Əliyev 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bundan başqa, təqsirləndirilən şəxslər Orxan Nadirov 10 ay, Ramil Həsənov 10 ay, Kəmalə Eyvazova 10 ay, Elşən Budaqov 9 ay və Mirəli Əliyev 9 ay həbs cəzasına məhum olunublar. Ancaq bu şəxslərin cəza müddəti başa çatdığından onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Qeyd edək ki, bir qədər əvvəl məhkəmə təqsirləndirilənlərdən biri Mahir Mirsalamlının xəstəliyi ilə əlaqədar barəsində başlanan cinayət işinin sağalanadək dayandırılması barədə qərar verib.
Xatırladaq ki, Orxan Nadirov, Mahir Mirsalamlı, Yalçın Həsənov, Elşən Rüstəmov, Əli İsmayılov, Zubiyə Qulami, Vüqar Əliyev, Cavidan Əliyev, Ramin Həsənov, Kamilə Eyvazova, Elşən Budaqov, Həsən Həsənov, Mirəli Əliyev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunublar.

2614