Bakıda 6 il əvvəl törədilən dəhşətli qətlin təfərrüatları açıqlandı
Gürcüstanlı ər-arvad ana və onun oğlunu öldürəndən sonra meyitlərini yandırıblar
Ədliyyə, Daxili İşlər nazirlikləri və Respublika Baş Prokurorluğu Bakıda 2003-cü ildə baş verən qətl hadisələri ilə bağlı birgə açıqlama yayıb.
Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 6 il öncə xüsusi amansızlıqla törədilən qətllərin üstü açılıb.
Belə ki, 2003-cü il aprelin 3-də və 8-də Xətai rayonu, X. Məmmədov küçəsində yandırılmış vəziyyətdə kişi və qadın meyitlərinin aşkarlanması faktları üzrə həmin tarixlərdə Xətai rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işləri başlanılmaqla istintaq aparılıb. Lakin ölənlərin şəxsiyyəti və cinayəti törətmiş şəxslər müəyyənləşmədiyindən 2003-cü ilin oktyabr ayında hər iki cinayət işi üzrə icraat dayandırılıb.
Bu il yanvarın 22-də cinayət işləri üzrə icraat təzələnərək istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə həvalə edilib və intensiv istintaq-əməliyyat tədbirlərinin icrasına başlanılıb. Aparılan birgə istintaq-əməliyyat tədbirləri nəticəsində tapılan kişi və qadın meyitlərinin şəxsiyyətləri müəyyənləşdirilib. Onların Gürcüstan vətəndaşları, 1980-ci il təvəllüdlü Askarov Ramin Nizamoviç və onun anası, 1957-ci il təvəllüdlü Askarova Göyçək Abdulla qızı olduğu məlum olub.
Birgə keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətlərin Gürcüstan vətəndaşları - 1962-ci ildə Gürcüstanın Bolnisi rayonunda anadan olmuş Acalov Nazim Emin oğlu və onun həyat yoldaşı, 1973-cü ildə Tbilisi şəhərində anadan olmuş Əhmədova Raina Ələddinovna tərəfindən törədildiyi üzə çıxıb. Belə ki, Bakı şəhərində oğurluq, qanunsuz odlu silah və narkotik maddə əldə edib gəzdirmə, saxlama cinayətləri törətməkdə təqsirli bilinərək 21. 02. 2005-ci il tarixdə Cinayət Məcəlləsinin 177.3.2, 228.1 və 234.1-ci maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən N. Acalov 2003-cü ilin mart ayında kirayədə yaşadığı Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov küçəsi, 33 saylı evin 48 saylı mənzilində arvadı Raina Əhmədova ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girərək, qohumu Askarov Ramin Nizamoviçi, onlara borclu olduğu pulu ödəməkdən imtina etdiyi üçün öldürmək qərarına gəliblər.
Bundan sonra N. Acalov Gürcüstanın Rustavi şəhərinə gedib, Bakı şəhərində satış üçün yeni malların olması adı ilə Ramin Askarovu aldadaraq Bakı şəhərinə dəvət edib və 2 aprel 2003-cü il tarixdə onunla kirayədə yaşadıqları mənzildə birlikdə şam yeməyi ilə spirtli içki qəbul etdikdən sonra ər-arvad Ramin Askarovun başına küt alətlə vurub və iplə boğub öldürüblər. Cinayəti gizlətmək üçün N. Acalov arvadı ilə birlikdə meyiti X. Məmmədov küçəsi 39 saylı binanın yaxınlığındakı zibillikdə yandırıblar.
N. Acalov cinayətin onun tərəfindən törədilməsindən R. Askarovun anası Askarova Göyçək Abdulla qızının şübhələnəcəyini bilib onu da öldürmək barədə arvadı ilə razılığa gəlib. Bu məqsədlə 2003-cü ilin aprelin 2-də Rustavi şəhərinə zəng edib, Göyçək Askarovanı aldadaraq, Bakı şəhərinə, kirayədə yaşadıqları ünvana dəvət ediblər. Əvvəl törətdikləri cinayəti gizlətmək məqsədi ilə eyni üsulla aprelin 7-də yaşadıqları mənzildə Göyçək Askarovanı da boğub öldürdükdən sonra cinayətin izinin itirmək üçün binanın yaxınlığında yerləşən ərzaq mağazasının arxasında yandırıblar.
Aparılan istintaqla həmin cinayət hadisələrinin Acalov Nazim Emin oğlu və onun həyat yoldaşı Əhmədova Raina Ələddinovna tərəfindən törədilməsi təkzibedilməz dəlillərlə tam sübuta yetirilib və Nazim Acalova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5, 120.2.6 və 120.2.10-cu maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Raina Əhmədova isə həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.

704