Kaliforniyada ermənilərdən ibarət mütəşəkkil dəstə zərərsizləşdirilib
Dəstə üzvləri 20 il ərzində 120 000 nəfəri aldadıblar
ABŞ-ın Kaliforniya ştatının 120 000 sakinini aldatmış ermənilərdən ibarət mütəşəkkil dəstə zərərsizləşdirilib.
APA-nın ABŞ bürosunun məlumatına görə, Kaliforniyanın baş prokuroru Edmund Brun bəyan edib ki, ştatın Burbank şəhərinin sakini, 43 yaşlı Sarkis Terabeliyanın rəhbərlik etdiyi dəstə Kaliforniyanın cənub şəhərləri - San Fransisko və Sakramentoda elektrik naqillərinin çəkilməsi, kondisionerlərin quraşdırılması, kanalizasiya təmiri xidmətləri təklif edərək, müştərilərdən əlavə ödəniş tələb ediblər.
Baş prokurorluğun apardığı araşdırma nəticəsində müəyyən edilib ki, cinayətkar dəstə 1989-cu ildən indiyədək hər il təxminən 6000 müştərini aldadıb. Müştərilərin aldadılması mexanizmi isə çox sadə olub. Qəzetlərə elanlar verən erməni “biznesmenləri” müştəri əldə edib, lakin işləri çox aşağıda səviyyədə görərək, artıqlaması ilə pul istəyiblər. Müstəntiqlər müəyyən ediblər ki, cinayətkar dəstə, əsasən, yaşlı müştərilərə xidmət göstərməyə can atıb. Qanunsuz fəaliyyət nəticəsində S. Terabeliyan və əlaltıları milyon dollarla dəyəri olan əmlakla yanaşı, iki helikopter də əldə ediblər.
Fırıldaqçı şirkət sahibləri artıq 3 milyon dollar cərimələniblər və onların fəaliyyəti müvafiq orqanların nəzarətinə götürülüb.

Oxşar yazılar

Bakıda soyuducuda narkotik gizlədən qadın və kişi TUTULDU
19 aprel 2025 , 13:43
Bakıda toyda zəhərlənənlərin sayı 50 nəfərə çatdı - YENİLƏNİB
19 aprel 2025 , 13:00
Bakıda dələduzluq edən qadın və kişi tutuldu
19 aprel 2025 , 11:53
Bakıda iş və pensiya düzəldənlər saxlanıldı - 88 minlik DƏLƏDUZLUQ
19 aprel 2025 , 11:04
Sumqayıtda maşını TIR-a çırpan sürücü öldü
19 aprel 2025 , 10:38
Bir həftəyə bank kartlarından 174 min manatdan çox pul oğurlandı
19 aprel 2025 , 10:22Xaçmazda at belində bataqlıqda batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB
19 aprel 2025 , 09:37