3 nəfəri SPİD-ə yoluxduran “Eurovision” iştirakçısı həbs olundu
O, diaqnozunu bilsə də cinsi əlaqə zamanı bu barədə tərəf müqabillərinə xəbər verməyib və qoruyuculardan istifadə etməyib
“Eurovision-2008” mahnı müsabiqəsində Almaniyanı təmsil etmiş, “No Angels” qrupunun üzvü Nadya Benaissa ən azı 3 nəfəri qəsdən HİV virusuna yoluxdurmaqda ittiham olunur. Lent.az-ın Britaniyanın “The Daily Telegraph” nəşrinə istinadən məlumatına görə, 26 yaşlı müğənni öz diaqnozu barədə xəbərdar edilsə də, cinsi əlaqə zamanı bu barədə tərəf müqabillərinə xəbər verməyib və qoruyuculardan istifadə etməyib.
Prokurorluq bəyan edib ki, kişilərdən birinin QİÇS-ə yoluxduğu artıq təsdiqlənib və Benaissa bu işdə “əsas şübhəli” şəxs sayılır.
Qeyd edək ki, Nadya Britaniyanın “Spice Girls” qrupunun analoqu kimi yaradılan “No Angels”də çıxış edir və artıq 2 solo albom buraxıb.
O, qrupun şənbə günü axşam Frankfurt-Maynda keçirilməli olan konsertindən az əvvəl həbs edilib.
Qrupun meneceri Xalid Şreder məsələ ilə bağlı şərh verməkdən boyun qaçırıb.

Oxşar yazılar

6-cı mərtəbədən yıxılan yeniyetmə sağ qaldı
30 iyun 2025 , 13:15
"Sputnik Azərbaycan"da əməliyyat keçirilir
30 iyun 2025 , 12:49
Bakıda mağazada ÖLÜM
30 iyun 2025 , 12:45
Rüfət Səfərovun məhkəməsi BAŞLADI
30 iyun 2025 , 12:40
Ağdamda polis minaya düşdü - YENİLƏNİB
30 iyun 2025 , 11:52
Bakıda gənc oğlanın kanalizasiyaya düşüb ölməsi ilə bağlı cinayət işi AÇILDI
30 iyun 2025 , 11:48
Yekaterenburqda öldürülənlərin nəşi nə zaman gətiriləcək? - AÇIQLAMA
30 iyun 2025 , 11:45