Xəyanətkar neft maqnatının reabilitasiya cəhdləri
Don Massimonun özünübərpa fəaliyyəti “press release”lər və azsaylı praktiki addımlarda əks olunur.
2009-cu ilin yanvarında “İnter”in heyətində Davide Santon adlı gənc italyanın peyda olması bir çoxları tərəfindən təəccüblə qarşılanmışdı. Arxada qoyduğumuz 10 ildən çox müddətdə kalçonun daxilən sarsıdılması istiqamətində yüklü iş görən Massimo Morattinin komandasından yalnız ağlını itirmiş optimistlər belə jest gözləyə bilərdilər. Buna baxmayaraq, “nerazzurra” prezidentinə münasibətdə yerli media tərəfindən nümayiş etdirilən tənqidi mövqe hələ də sərt, amansız olaraq qalır. Rəhbərlik etdiyi klubda həyata keçirdiyi qeyri-italyan siyasətinə görə qınaq obyektinə tuş gələn neft maqnatının özü isə kalçoda yanlış imicinin yaradıldığı qənaətindədir. Apennində hesab edirlər ki, Morattinin baş verənlərə reaksiyası, eləcə də “İnter” səlahiyyətlilərinin mətbuata verdiyi açıqlamalarda ifadə olunan özünümüdafiə tədbirləri reabilitasiya cəhdlərindən xəbər verir.
Moratti təzyiqi hiss edir
Neft biznesindən gələn pullarla “nerazzurra”nı çirkinləşdirən don Massimonun özünübərpa fəaliyyəti “press release”lər və azsaylı praktiki addımlarda əks olunur. “Nerazzurra” rəhbərinin “La Gazzetta dello Sport”a verdiyi müsahibənin ilk cümləsindən üzləşdiyi təzyiqin miqyası nəzərə çarpır. "İnter"in “Primavera”sından (17-19 yaşlılardan ibarət gənc komanda) yetişən gənclərin "Squadra Azzurra"nın və ümumiyyətlə, İtaliya futbolunun gələcəyində böyük rol oynayacağını iddia edən Moratti son 15 ildə həyata keçirdiyi siyasətin qüsurlu tərəflərinin olduğunu da etiraf edib: "Biz ciddi layihələr üzərində işləyirik. İtaliya futbolununun sabahı üçün hamı kimi biz də çalışırıq. Əmin edirəm ki, gələcəkdə Cankinto Fakketinin adını daşıyan məktəbimiz kalçoya ulduzlar bəxş edəcək. Düzdür, səhvlərimiz olub və bundan da boyun qaçırmıram. Mətbuat isə İtaliyanın ümumi maraqlarının mənim üçün əhəmiyyətsiz olduğunu yazır. Bunlar hamısı cəfəngiyyatdır. Məni tanıyanlar bilir ki, bu belə deyil". Nüfuzu ilə bütün dünyada tanınan Apennin mediasının gücünü tam mənada öz üzərində hiss edən "İnter" prezidenti düşdüyü vəziyyətin nə dərəcədə mürəkkəb olduğunu gözəl anlayır. Davide Santon və Mario Bolatellinin əsas heyətdə möhkəmlənmələri Morattinin reabilitasiya yolunda atdığı ilkin addımlar kimi qəbul oluna bilərmi? Bəlkə məşqçilər hər şeyi özləri ediblər? ( Bolatelli Mançini, Santon isə Mourinyo dövründə üzə çıxdılar) Uzun illər “RAİ” telekanalında futbol şərhçisi qismində çalışan Bruno Pizzul hesab edir ki, versiyaların sintezi reallığa daha uyğundur: “ Mənə elə gəlir ki, Moratti artıq keçən il belə bir təzyiqin yaranacağını bilirdi O vaxt Bolatellini üzə çıxartmaqla potensial etiraz dalğasının kəskinliyini azaltmağa çalışan prezident indi yeni addımların atılmasına çalışır. Santona da etimad göstərilməsində Morattinin rolu olub. Ssenari beədir: Moratti baş məşqçiyə yerli məktəb nümayəndələrini tədricən əsas heyətə transformasiya etmək barədə tapşırıq verir. “Allenatore”lərsə layiqlilərə imkan tanıyırlar. Morattinin Mourinyo ilə bu məsələni geniş müzakirə etdiyinə əminəm”.
Neft maqnatının bu yaxınlarda baş məşqçinin ixtiyarına yeni mövsüm üçün 100 milyon avroluq paket verməsini isə xəyanətkar ampluaya qayıdış kimi interpretasiya etmək məqsədəuyğun deyil. Belə ki, bahalı transferlər böyük klubların vizit vərəqəsidir, bu istiqamətdə normalar aşılmasa yerli gənclər və dəyərli ulduzların birliyinə əsaslanan balanslı kollektiv qurmaq olar. “İnter”in əfsanəsi Sandro Mazzola da ( Sandro Matsola) belə düşünür: “ Transfer paketi kalço dəyərlərinin mühafizəçilərini qorxutmasın. Bu oyunun qəbul olunmuş qaydasıdır”.
“İnterello”
Morattinin ardından mətbuatda klubun baş direktoru Ernesto Paolillo, komandanın idman və texniki direktoru vəzifəsini daşıyan Piero Auzilio və Cüzeppe Barezinin müsahibələri dərc olundu. Adı çəkilən şəxslərin media ilə sıx təmasa girməsinə Morattinin müdafiəsinə qalxmaq cəhdləri kimi baxmaq olar. “Nerazzurra”nın uşaq məktəbi - “İnterello”nun strukturundan danışan Paolillo klubun 8 yaş kateqoriyası üzrə komandalar arasında İtaliyada ən güclülərdən biri hesab olunduğunu diqqətə çatdırıb. "İnter"in baş direktorunun sözlərinə inansaq, artıq 4 ildir ki, istedadların üzə çıxması üçün proqram qüvvədədir. İlk dövrlərdə yaxın 5 il üçün hesablanmış layihə üçüncü ilində ilkin nəticələrini verməyə başlayıb. Balotelli, Santon, Balzonini görülən işlərin ilkin göstəriciləri kimi qiymətləndirən Paolillo yaxın gələcəkdə klubun əsas heyətində çıxış edən oyunçuların 60-70 faizinin "İnter"in yetirmələrindən təşkil olunacağını bildirib: "Super istedadları əsas heyətə cəlb edirik. Özlərini tam aça bilməyən gənclər isə oyun praktikası əldə etmək üçün başqa klublara icarəyə verilir. Onlar daim nəzarətimizdə olacaq və lazımı səviyyəyə çatanda geri qaytarılacaqlar".
İtaliyada futbol nəhənglərinin məktəblərinin orta səviyyəli klublarla müqayisədə zəif olması fikrinin formalaşmasını yanlış hesab edən Ernesto Paolillo "İnter"in simasında bu stereotipin aradan qaldırılacağını iddia edib. "Allievi"nin ("İnter"in bütün gənc komandalarına verilən ümumi ad) 2007-08 mövsümü ərzində rəqiblərinin qapısından ümumilikdə 400 qol vurduğunu deyən direktor kalçoya mentalitet baxımından da yeniliklər gətirəcəklərini bildirib: "Tarixən klubumuz müxtəlif amplualarda çıxış edən istedadlar yetişdirsə də, əsasən yüksək səviyyəyə malik müdafiəçilərin bolluğu ilə fəxr etmişik. Bu amil həmişə bizi başqa futbol məktəblərindən fərqləndirib. “İnterello”da həyata keçirdiyimiz proqramda müxtəlif xarakteristikaya sahib oyunçuların formalaşmasına çalışırıq. Görəcəksiz, yaxın vaxtlarda "İnter"in heyətində qapıçıdan tutmuş hücumçulara qədər yerli istedadlar olacaq. Buna çox az qalıb. "
Fakketinin davamçıları
Gənc istedadların yetişdirilməsi prosesində böyük əməyi olan Piero Auzulio oyunçuların tərəqqisində tətbiq edilən metodlardan bəhs edib. Onun sözlərinə görə, “İnterello” məktəbində hər şey çempionun yüksəlişi üçün müəyyən edilib. Klubun maddi imkanlarınin genişliyinə baxmayaraq, "Allievi"nin bütün kateqoriyalar üzrə komplektləşdirilən komandalarının formalaşdırıldığı bu mərkəz çox sadə üslubda dizayn edilib. Belə ki, kompleks hazırlıq mərkəzindən çox kilsəni xatırladır və beş ulduzlu otel mühitindən məhrumdur. Bunun arxasında məntiqli siyasətin dayandığını bildirən Auzilio uşaqların erkən yaşlardan "ulduz xəstəliyi"nə tutulmaması, daim proqress etmək hissinin güclü qalmasını təmin etmək üçün “İnterello”nun qeyd edilən tərzdə tikildiyini ifadə edib. Klubun idman və texniki diterktoru əmindir ki, Fakketinin davamçıları məhz belə bir şəraitdə yetişə bilərlər.
Eyni zamanda Auzilio bildirib ki, “İnterello”da oyunçuların yetişdirilməsi zamanı məktəbə gəldikləri ilk dövrdən beyinlərinin taktiki düzülüşlərlə doldurulmasına yol verilmir. Onun fikrincə, ən böyük istedadlar formalaşdıqları ilk etapda nisbətən müstəqil olmalı və futboldan daha çox zövq almalıdırlar. “İnterello”da 6-16 yaş arasında olan gənclərin qarşısında birinci yeri nəyin bahasına olursa-olsun qazanmaq, titullara sahib çıxmaq kimi tələblər qoyulmur. Yalnız “Primavera” həddinə çatmış gənclərə münasibətdə böyük futbola məxsus atributlar; taktiki və fiziki hazırlığın priotitet əhəmiyyətliliyi, qələbə ruhunun formalaşdırılması ön planda olur.
Auzilio “İnterello” çərçivəsində təhsilə ciddi əhəmiyyət verdiklərini bildirib: "Böyük fubolda uğur qazanan oyunçular sonradan yerli və beynəlxalq səviyyədə vaxtilə futboçu kimi yer aldıqları sferada məmur kimi də qala bilirlər. Bu baxımdan gənclərin tam şəxsiyyət kimi formalaşdırılmasına ciddi əhəmiyyət veririk. Təhsili yaxşı olmayanların sonradan futbola idarəedici kimi fayda verməsi müşkül məsələ olur. Başqa bir tərəfdən, futbol məktəbində heç də hamı özünü təsdiq edə bilmir və sonradan başqa iş axtarmaq məcburiyyətində qalır. Baza təhsili olmadan nəyəsə nail olmaq çətindir. Odur ki, təhsil bizim üçün çox vacibdir."
Gələcəyin "İnter"i
"Allievi"nin gənc kollektivlərinə rəhbərlik edən Cüzeppe Barezi "İnter"in əsas komandasının məşq etdiyi "Appiano Centile" bazasında mövcud olan qələbə ruhunun gənclərə sirayət etməsi üçün lazımı atmosferin olduğunu bildirib. Gələn mövsüm də birinciliyi fəth edəcəklərinə və qələbələrində “Primavera”dan yetişən bir neçə oyunçunun pay sahibi olacağına inandığını bildirən 80-ci illərin müdafiəçisi "rossonerlər"i bu istiqamətdə üstələyəcəklərini deyib: "Qardaşım Franko ilə həmişə rəqabətdə olmuşuq. O, "Milan"ın şərəfini qoruduğu halda, mən "İnter"i seçmişdim və futbolçu kimi tez-tez qarşılaşırdıq. İndi o, “Milanello”da gənc istedadların istedadlarla işləyir, mən isə burda. İtalyan futboluna “böyük ulduzlar” bəxş etmək sarıdan onu üstələyəcəyimə inanıram”.
P.S. Morattinin rəhbərlik etdiyi klubda səlahiyyət sahibi olan şəxslərin açıqlamaları ilk baxışdan müsbətə doğru dəyişkliklərdən xəbər versə də, konkret fikir söyləmək çox çətindir. 10 ildən çox müddət ərzində italyan futboluna və onun dəyərlərinə sarsıdıcı zərbələr vurmuş bu klub və onun rəhbərliyi hələ çox işlər görməli və sözügedən istiqamətdə ciddi nəticələr əldə etməlidir. Yalnız o halda, Morattinin əfv edilməsi barədə müzakirələrə "yaşıl işıq" yandırıla bilər.
Orxan Amaşov

1315