Asif Mərzili: “Prezidentə təşəkkür edirəm”
“Bakı Apellyasiya Məhkəməsinin bu gün çıxarılan qərarı göstərdi ki, Azərbaycanda söz və mətbuat azadlığı var və bu, dövlət başçısı, Ombudsman, məhkəmə, vəkillər səviyyəsində qorunur”.
Bu sözləri Lent.az-a açıqlamasında bu gün həbsdən azad edilmiş “Təzadlar” qəzetinin baş redaktoru Asif Məmmədov (Mərzili) deyib. O bildirib ki, başqa hakimlər də jurnalistlər haqqında hökm çıxararkən ehtiyatlı olmalıdırlar. “Mən dövlət başçısına, Ombudsman Aparatına və ölkənin bütün vicdanlı imkanlarına təşəkkür edirəm, minnətdarlığımı çatdırıram. Bizi dəstəkləyən bütün jurnalistlərə, o cümlədən sizin kollektivə təşəkkür edirəm. Ötən 2 gün ərzində hamısı bizə mənəvi dayaq olub”, - deyə o, əlavə edib.
Xatırladaq ki, A.Mərzili aprelin 7-də Yasamal rayon Məhkəməsinin qərarı ilə Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148 (təhqir) maddələri ilə qaldırdığı iddia əsasında 1 il müddətinə azadlıqdan məhrum edilmişdi. “Təzadlar” qəzetinin əməkdaşı jurnalist Zümrüd Məmmədovanın barəsində isə 6 aylıq icbari cəza müəyyənləşdirilmişdi. Bu gün Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədov onun azadlığa çıxması barədə qərar qəbul edib. Digər jurnalist Zümrüd Məmmədovanın barəsindəki 6 aylıq icbari cəzanın ləğv olunması barədə qərar çıxarıb.
Pərvin ABBASOV

Oxşar yazılar

Ağdamda mina partladı - Polis əməkdaşı xəsarət aldı
30 iyun 2025 , 02:13Bakıda əməliyyat: Narkotacir zərərsizləşdirildi, daha bir nəfər saxlanıldı
30 iyun 2025 , 02:09
Gəncədə qonşu davası - Yaşlı qadın bıçaqlandı
29 iyun 2025 , 23:00
Xırdalanda güclü yanğın başladı - VİDEO
29 iyun 2025 , 22:08
Şəkidə 75 yaşlı kişini maşın vurub öldürdü
29 iyun 2025 , 21:10
Samuxda evdən 86 yaşlı qadının yanmış meyiti tapıldı
29 iyun 2025 , 19:23
Seyfəddin Hüseynli: “Yekaterinburqda öldürülən qardaşlarımın nəşi sabah gətiriləcək”
29 iyun 2025 , 19:08