“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili azadlığa buraxıldı
Məhkəmə qəzetin xanım əməkdaşının cəzasını da ləğv edib
Bu gün Bakı Apellyasiya Məhkəməsində “Təzadlar” qəzetinin baş redaktoru Asif Məmmədovun (Mərzili) apellyasiya şikayətinə baxılıb.
Bu barədə Lent.az-a baş redaktorun həyat yoldaşı Yasəmən Məmmədova məlumat verib. O bildirib ki, hakim Qail Məmmədov Yasamal rayon Məhkəməsinin qərarının dəyişdirilməsi, baş redaktorun azadlığa buraxılması, digər jurnalist Zümrüd Məmmədovanın barəsindəki 6 aylıq icbari cəzanın ləğv olunması barədə qərar çıxarıb.
Həyat yoldaşı A.Mərzilinin yaxın dəqiqələrdə həbsdən çıxacağını bildirib.
Xatırladaq ki, A.Mərzili aprelin 7-də Yasamal rayon Məhkəməsinin qərarı ilə Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148 (təhqir) maddələri ilə qaldırdığı iddia əsasında 1 il müddətinə azadlıqdan məhrum edilmişdi. “Təzadlar” qəzetinin əməkdaşı jurnalist Zümrüd Məmmədovanın barəsində isə 6 aylıq icbari cəza müəyyənləşdirilmişdi.
Pərvin ABBASOV

Oxşar yazılar

Ağdamda mina partladı - Polis əməkdaşı xəsarət aldı
30 iyun 2025 , 02:13Bakıda əməliyyat: Narkotacir zərərsizləşdirildi, daha bir nəfər saxlanıldı
30 iyun 2025 , 02:09
Gəncədə qonşu davası - Yaşlı qadın bıçaqlandı
29 iyun 2025 , 23:00
Xırdalanda güclü yanğın başladı - VİDEO
29 iyun 2025 , 22:08
Şəkidə 75 yaşlı kişini maşın vurub öldürdü
29 iyun 2025 , 21:10
Samuxda evdən 86 yaşlı qadının yanmış meyiti tapıldı
29 iyun 2025 , 19:23
Seyfəddin Hüseynli: “Yekaterinburqda öldürülən qardaşlarımın nəşi sabah gətiriləcək”
29 iyun 2025 , 19:08