Neft Emalı Zavodunun xidmət rəisi yanğın zamanı ölüb
Azərbaycan paytaxtında Heydər Əliyev adına Neft Emalı Zavodunda bu gün baş verən yanğın nəticəsində bir nəfər ölüb.
Bu barədə APA-ya Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən məlumat verilib. Məlumata görə, hadisə baş verən zaman yanğının qarşısını alan yanğınsöndürən briqadasının rəhbəri, Neft Emalı Zavodunun Yanğından Mühafizə Xidmətinin rəisi, polkovnik, 1955-ci il təvəllüdlü Elçin Meydan oğlu Mansurovun vəziyyəti qəflətən pisləşib. E. Mansurov təcilli tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev isə APA-ya açıqlamasında E. Mansurovun ürək tutmasından öldüyünü deyib. R. Nağıyev həmçinin mərhumun uzun müddət ürək xəstəliklərindən əziyyət çəkdiyini qeyd edib.
Qeyd edək ki, bu gün səhər saat 09:30 radələrində Heydər Əliyev adına Neft Emalı Zavodunun rayonun Keşlə qəsəbəsi, Oqtay Vəliyev küçəsi, 1 ünvanında yerləşən sexində yanğın baş verib. Məlumata görə, yanğın güclü olduğundan “3 saylı çağırış” elan olunub.
Zavodun təhlükəsizlik idarəsinin rəisi Vasif Qubuşov jurnalistlərə açıqlamasında yanğının zavodun zibilxanasında baş verdiyini bildirib. V. Qubuşov həmçinin qeyd edib ki, yanğın “Ekol” şirkətindən od sıçraması nəticəsində yaranıb.

Oxşar yazılar

Ağdamda mina partladı - Polis əməkdaşı xəsarət aldı
30 iyun 2025 , 02:13Bakıda əməliyyat: Narkotacir zərərsizləşdirildi, daha bir nəfər saxlanıldı
30 iyun 2025 , 02:09
Gəncədə qonşu davası - Yaşlı qadın bıçaqlandı
29 iyun 2025 , 23:00
Xırdalanda güclü yanğın başladı - VİDEO
29 iyun 2025 , 22:08
Şəkidə 75 yaşlı kişini maşın vurub öldürdü
29 iyun 2025 , 21:10
Samuxda evdən 86 yaşlı qadının yanmış meyiti tapıldı
29 iyun 2025 , 19:23
Seyfəddin Hüseynli: “Yekaterinburqda öldürülən qardaşlarımın nəşi sabah gətiriləcək”
29 iyun 2025 , 19:08