Yalçın Həsənov: ““Ekstazi” həblərini dostlarıma təmənnasız paylamışam“
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladı Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə iclası keçirilib. APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son sözlərini davam etdiriblər.
Təqsirləndirilən Cavidan Əliyev, Ruslan Zalıyev, Elşən Budaqov, Ramil Həsənov, Həsən Həsənov məhkəmədən yaşlarını, ailə vəziyyətlərini nəzərə almasını və cəzalarının yüngülləşdirilməsini istəyiblər. İttiham olunanlar Mirəli Əliyevin azadlığa çıxmasını, Orxan Nadirov isə məhkəmədən barəsində bəraət çıxarılmasını xahiş ediblər.
Təqsirləndirilən Yalçın Həsənov isə ibtidai istintaqda ona qarşı irəli sürülən ittihamla razılaşmadığını deyib. Onun sözlərinə görə, prokurorun bu ittihamı əsas gətirərək, onlara cəza istəməsi yanlışlıqdır: “Məhkəmədən ibtidai istintaqda bizə qarşı irəli sürülən ittihamların əsassız olduğu, ziddiyyətlər meydana çıxanda aydınlaşdı. Mən həm ibtidai istintaqda, həm də məhkəmədə törətdiyim əməl haqda səmimi ifadə vermişəm. Amma hansı cinayəti törətmişəm? Bəli, həblərdən küllü miqdarda istifadə etmişəm, onları dostlarıma paylamışam. Lakin həbləri təmənnasız vermişəm. Onları pulla satmaq mənə yaraşmaz. Bu bir əyləncə məqsədilə olub. Mənim oradan gələn gəlirə ehtiyacım yoxdur”.
Y. Həsənov ittiham olunduğu Cinayət Məcəlləsinin 206-cı maddəsinin ona şamil olunmasına da etiraz edib. O, mütəşəkkil dəstə yaratması haqda istintaqda öz əksini tapan məqamları da əsassız sayıb: “Məhkəmənin ədalətli keçəcəyinə inanmışam. Hüququmu bərpa edənə qədər bütün məhkəmə instansiyalarına müraciət edəcəyəm”.
Proses aprelin 14-də davam etdiriləcək.
Qeyd edək ki, ittiham aktına əsasən Orxan Nadirov, Mahir Mirsalamlı, Yalçın Həsənov, Elşən Rüstəmov, Əli İsmayılov, Zubiyə Qulami, Vüqar Əliyev, Cavidan Əliyev, Ramin Həsənov, Kamilə Eyvazova, Elşən Budaqov, Həsən Həsənov, Mirəli Əliyev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar.

Oxşar yazılar

Abşeronda biznesmen özünü asdı
12 aprel 2025 , 19:20
Bakıda evdən meyit tapıldı
12 aprel 2025 , 17:41
Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDI
12 aprel 2025 , 17:35
Bakıda narkotik çəkən taksi sürücüsü həbs olundu
12 aprel 2025 , 16:41
Şamaxıda zəlzələ oldu
12 aprel 2025 , 16:04
Sərxoş olub maşının yerini unutdu, polisə yalan DANIŞDI - Bakıda ŞOK OLAY
12 aprel 2025 , 15:43
Rayonda hamı onu axtarır
12 aprel 2025 , 15:39