Azərbaycanlı qadınlar Türkiyədə fahişəliyə məcbur ediliblər
Konya bölgəsində keçirilən əməliyyat nəticəsində əcnəbi qadınları Türkiyəyə gətirib fahişəliyə cəlb edən dəstə üzvləri həbs edilib.
Lent.az-ın “İhlas” Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, dəstə insan alveri və insan qaçaqmalçılığı ilə məşğul olub. Şəhər polisinin əxlaq bürosu 6 ay əvvəl dəstəni təqib etməyə başlayıb. Bütün hazırlıqları tamamlayan hüquq-mühafizə orqanlarının əməkdaşları bu gün yerli vaxtla saat 06.00-da 20 müxtəlif nöqtədə əməliyyat keçirib. Əməliyyat nəticəsində Gürcüstan və Azərbaycan vətəndaşı da daxil olmaqla ümumilikdə 25 nəfər saxlanılıb.
Saxlanılan şəxslər Konya Nümunə Xəstəxanasına aparılaraq, tibbi yoxlanışdan keçirilib, daha sonra ifadə almaq üçün polisə aparılıb. Şübhəli kimi saxlanılan şəxslərin Gürcüstan və Azərbaycandan Türkiyəyə işləməyə yollanan qadınların zorla fahişəliyə cəlb edildikləri iddia olunur.
İnsan alverçilərinin həbs olunması istiqamətində Konyada keçirilən əməliyyat davam etdirilir.

939