Bakıda 89 yaşlı qadın venalarını kəsib
Mərhumun intihar etməsinin səbəbləri məlum deyil
Azərbaycan paytaxtında 89 yaşlı qadın venasını kəsərək intihar edib.
Əzizbəyov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə martın 26-da axşam paytaxtın Binə qəsəbəsində yerləşən hərbi şəhərcikdə baş verib.
Həmin ünvanda yerləşən 18 saylı evdə yaşayan 1920-ci il təvəllüdlü Anna Ladina sol qolunun venasını ülgüclə kəsib. Hadisə yerinə təcilli olaraq həkimlərin çağırılmasına baxmayaraq, 89 yaşlı qadın xeyli qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun uzun illərdir, ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilsə də, onun özünə qəsd etməsinin səbəbləri barədə hələlik məlumat verilmir.
Faktla bağlı Əzizbəyov rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Oxşar yazılar

Ağdamda mina partladı - Polis əməkdaşı xəsarət aldı
30 iyun 2025 , 02:13Bakıda əməliyyat: Narkotacir zərərsizləşdirildi, daha bir nəfər saxlanıldı
30 iyun 2025 , 02:09
Gəncədə qonşu davası - Yaşlı qadın bıçaqlandı
29 iyun 2025 , 23:00
Xırdalanda güclü yanğın başladı - VİDEO
29 iyun 2025 , 22:08
Şəkidə 75 yaşlı kişini maşın vurub öldürdü
29 iyun 2025 , 21:10
Samuxda evdən 86 yaşlı qadının yanmış meyiti tapıldı
29 iyun 2025 , 19:23
Seyfəddin Hüseynli: “Yekaterinburqda öldürülən qardaşlarımın nəşi sabah gətiriləcək”
29 iyun 2025 , 19:08