Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının rəhbəri Bakıda həbs edilib
Daşqın Gülməmmədov dələduzluqda təqsirləndirilir
Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) rəhbəri Daşqın Gülməmmədov həbs edilib.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, o, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Törətdiyi əmələ görə, bir müddət əvvəl barəsində axtarış elan olunmuş 1977-ci il təvəllüdlü Gülməmmədov Daşqın Gülməmməd oğlu Səbayel Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün Bakı şəhərində saxlanılıb. Hazırda onun barəsində başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, D. Gülməmmədov 2001-ci ildən Gürcüstan Azərbaycanlıları Milli Assambleyasına rəhbərlik edir.

Oxşar yazılar

Balakəndə DƏHŞƏT: camış sahibini vurub öldürdü
16 avqust 2025 , 16:43
Bakıda nömrəsiz və "miqalka"lı "Opel" sürücüsü həbs olundu - VİDEO
16 avqust 2025 , 16:34
Atasının dalaşdığını görən uşaq qəfil öldü
16 avqust 2025 , 15:46
Narkotik çəkib polisə tabe olmadı, həbs olundu
16 avqust 2025 , 15:09
Sumqayıtda silsilə oğurluqlar edənlər saxlanıldı
16 avqust 2025 , 13:38
Qubada 36 yaşlı kişi YOXA ÇIXDI
16 avqust 2025 , 13:01
Bakıda evləri qarət edənlər tutuldu
16 avqust 2025 , 12:43