Müğənni Çelik “Ergenekon”a görə Türkiyəyə çağırıldı
Dövlət ittihamçısı sənətçinin yaxın dostunun qətlində əlinin olduğunu iddia edir
“Ergenekon”un istintaqını aparan dövlət ittihamçısı Zəkəriyyə Öz təşkilatın 2004-cü ildə daha bir qətl törətdiyini iddia edir.
Lent.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, dövlət ittihamçısı “dost” təriqətinin lideri İhsan Güvənin 2004-cü ildə “Ergenokon” tərəfindən öldürüldüyünə dair sənəd hazırlayıb.
Zəkəriyyə Öz hazırladığı sənəddə hazırda Bakıda yaşayan müğənni Çelik Erişçinin də təşkilatın üzvü olduğunu bildirib. Dövlət ittihamçısı müğənninin İhsan Güvənin yaxın dostu olduğunu göstərib. O hesab edir ki, təriqət liderinin öldürülməsi, Çelikin sağ qalması müğənninin təşkilatın üzvü olduğu şübhəsi yaradır.
“Çelikin “Ergenekon”un üzvlərindən olan Ergün Poyraz, Şənər Əruyqur və digərləri ilə əlaqələri nəzərə alınsa, həmin şəxsin təşkilatın əmri ilə qətlə yetirildiyi ehtimalı ortaya çıxır”, - deyə sənəddə qeyd olunub.
Zəkəriyyə Öz Çelik Erişçi və sənətçi Ümid Sayının da “Dost” təriqətinin liderinin qətli ilə bağlı məhkəmədə dindirilmələrini istəyib.
“Hürriyet” hazırda Bakıda yaşayan Çelikdən iddialarla bağlı münasibət öyrənə bilməyib.

Oxşar yazılar

Ermənistan ordusunun Mingəçeviri atəşə tutmasından zərərçəkənlər ifadə verdilər
4 avqust 2025 , 13:50
Astarada faciə - avtomobildən yıxılan kişi ÖLDÜ
4 avqust 2025 , 13:05
Cəriməsi olan şəxsin ölkədən çıxışına icazə verilir? - CAVAB
4 avqust 2025 , 12:14
Köşk satıcısı 200 min dəyərində lotereya bileti oğurladı: heç nə udmadı
4 avqust 2025 , 11:59Bakıda 29 yaşlı kişi iki nəfəri birdən bıçaqladı
4 avqust 2025 , 11:15
Sumqayıtda ŞOK: 6 aylıq körpə infarktdan ÖLDÜ
4 avqust 2025 , 11:01
Şəmkirdə FACİƏ: istidən beyninə qan sızan kişi ÖLDÜ
4 avqust 2025 , 10:45