Ermənilərin “ölüm düşərgələri”ndə 104 azərbaycanlı qadın qətlə yetirilib
“Ayna” Qaçqın və Köçkün Qadınlar İctimai Birliyi 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə dünya ictimaiyyətinə müraciət göndərib.
Birlikdən APA-ya daxil olan müraciətdə bildirilir ki, XIX əsrdə öz insani hüquqları uğrunda cəsarətlə mübarizə aparan və məqsədə nail olan qadınlar uzun müddətdir, 8 Martı beynəlxalq səviyyədə bayram edirlər: “Təəssüf ki, çağdaş dünyada zəriflik və gözəllik rəmzi olan qadınların hüquqlarını tapdalayan ölkələr də var. Bu isə birbaşa insanlığa, sivilizasiyaya qarşıdır. Biz Azərbaycan qadınları Ermənistanın nümunəsində belə bir təhlükə ilə üzləşmişik”.
Müraciət müəllifləri vurğulayıblar ki, Ermənistanın 1988-ci ildən başladığı ədalətsiz müharibə nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub, yüz minlərlə azərbaycanlı qadın zərər çəkib və bu gün ağır şəraitdə qaçqın və məcburi köçkün həyatı yaşamağa məcburdur: “Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində Azərbaycandan olan 16 azyaşlı qız, 408 qadın (onlardan 152-si ahıl) əsir, itkin düşmüş və girov götürülmüş şəxs kimi qeydiyyatdadır. Azərbaycan hökumətinin səyləri nəticəsində 452 qadın (onlardan 112-si ahıl), 65 azyaşlı qız əsir və girovluqdan azad edilib. Əsir və girovluqdan azad edilmiş qadınların hamısı sağlamlığını itirib.
Rəsmi qurumlar tərəfindən aparılan təhlillər nəticəsində məlum olub ki, Ermənistan və işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki «ölüm düşərgələri»ndə 104 azərbaycanlı əsir və girov qadın qətlə yetirilib. Erməni hərbi birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı zamanı 106 qadın xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb”.

1444