Nazirliyin müəssisəsində yanğın
İyulun 30-da Quba rayonunun Gənclər kəndində Kənd Təsərrüfatı Nazirliyinə məxsus Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin ərazisində 3 hektar biçilmiş taxıl sahəsi yanıb. Lent.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytı məlumat yayıb.
Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, Gənclər kəndi Quba rayonun mərkəzindən 40 km aralıda yerləşir.
Pərvin ABBASOV

326