“Facebook”a nəhəng rəqib gəlir
Dünyanın ən böyük axtarış sistemi “Google” “Facebook”a sosial şəbəkəsinə rəqib olacaq yeni bir proyekt üzərində çalışır. Lent.az-ın xəbərinə görə, bu barədə “Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşr iddia edir ki, “Google” artıq proyektlə bağlı müvafiq şirkətlərlə (“Playdom Inc”, “Electronic Arts”a bağlı “Playfish” və “Zynga Game Network”) danışıqlar aparır. Adıçəkilən şirkətlər “Facebook”dakı “Farmville”, “Treetopia”, “Pet Society”? 'Who has the biggest brain?' proqramların hazırlanması üzrə ixtisaslaşıb.
“Google”un prezidenti Erik Şmit şirkətin “Facebook” modelində yeni bir xidmət hazırlayıb-hazırlamadığı barədə suala “Dünyanın belə bir şeyin kopyalanmasına ehtiyacı yoxdur” kimi cavab verib.
Xəbərinin doğru olduğunu israr edən “Wall Street Journal” “Google”un yeni xidmətinin nə vaxt istifadə veriləcəyinin bilinmədiyini qeyd edib.

420