Ramil Səfərovdan xəbər var
O, həbsxanada ingilis dilini öyrənir
Ramil Səfərovun saxlanma şəraiti normaldır və o, özünü yaxşı hiss edir. Bu barədə Lent.az-ın bölgə müxbirinin sualını cavablandıran Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova deyib. O, Ramillə bir neçə dəfə görüşdüyünü və onda ruh yüksəkliyinin olduğunu bildirib.
Elmira Süleymanovanın sözlərinə görə, Ramilin özü də ona bir neçə dəfə zəng vurub. Ombudsman Ramilin Azərbaycana ekstradisiyası ilə bağlı iş aparıldığını söyləyib.
Ombudsman bildirib ki, Ramillə Azərbaycanın Macarıstandakı səfiriliyi və ölkəmizin bu ölkədəki diasporası da maraqlanır.

308