“AER” şirkətinə qarşı cinayət işi başlandı
06 iyul 2010 16:00 (UTC +04:00)

“AER” şirkətinə qarşı cinayət işi başlandı

Şirkət verilmiş göstərişə riayət etməyib, keyfiyyətsiz məhsulları ticarət şəbəkələrindən yığmayıb


Yay mövsümü ilə əlaqədar əhalinin sərinləşdirici içkilər və digər məmulatlara olan tələbatı artdığından, aidiyyəti dövlət orqanları bu sahədə istehsalı və satışı həyata keçirən müəssisələr tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsi işinə diqqəti gücləndirərək, keyfiyyətsiz məhsulların realizəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Lent.az-ın Baş Prokurorluğun rəsmi saytına istinadən verdiyi məlumata görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) tərəfindən Şükürov Azər Əkbər oğlunun direktor olduğu Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 21 ünvanda fəaliyyət göstərən “AER” şirkətində dondurma məhsullarının istehsalı və satışının qanunauyğunluğu yoxlanılıb.

Yoxlama zamanı şirkətin anbarında satışa hazır 17 çeşiddə, ümumi çəkisi 19 min 318 kiloqram olan dondurmaların etiketlərində, habelə ümumi çəkisi 5 min 607 kiloqram olan bükmə materiallarında saxlama müddətlərinin normativ sənədlərdə nəzərdə tutulan vaxtdan artıq göstərildiyi, dondurma məhsullarının qablaşdırılmasında istifadə olunan, lakin istehsalçı və yararlılıq müddətləri göstərilməmiş üç çeşiddə 215 min 250 vafli məhsulları müəyyən edilərək, məhsul saxlamaya verilib. Qeyd olunan məhsullardan istifadənin təxirə salınmadan dayandırılması və dondurma istehsalının mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə “AER” şirkətinə iyunun 12-də göstəriş verilib.

Həmçinin, yoxlamanın gedişində müəssisənin anbarında olan südlü, qaymaqlı və plombir dondurmalarının üç çeşidindən nümunələr götürülərək, laborator müayinəyə verilib, nəticədə plastmas qablaşdırmada olan 500 qramlıq plombir dondurmasında yağın və quru maddələrin ümumi kütlə payının normadan az, 65 qramlıq “Belıye noçi” adlı dondurmada mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, “Nağıl” adlı dondurmada isə bununla yanaşı, tərkibində bağırsaq çöpləri qrupundan bakteriyaların (koliformalar) olduğu aşkar edilib, bu səbəbdən həmin məhsulların ASİHMDX əməkdaşlarının nəzarəti altında məhv edilməsi və bu dondurmaların ticarət şəbəkələrindən geri yığılması barədə “AER” şirkətinə iyunun 18-də göstəriş verilib.

Qeyd olunan göstərişlərin icra vəziyyəti iyunun 25-də yoxlanılaraq müəssisənin anbarında 19 min 318 kiloqram hazır məhsuldan 14 min 558 kiloqram və ya 4 min 760 kiloqram az, 5 min 604 kiloqram bükmə materiallardan isə yalnız 2 min 555 kiloqram və ya 2 min 555 kiloqram az aşkar edilib. Müəyyən edilib ki, verilmiş göstərişə riayət edilməyərək keyfiyyətsiz məhsullar ticarət şəbəkələrindən geri yığılmayıb, eyni zamanda istehsalat prosesi davam etdirilir.

“AER” şirkəti 2010-cu il 19 iyun tarixli 121 nömrəli məktubla anbarda olan 4 min 760 kiloqram və ticarət şəbəkəsindən yığılmış 120 kiloqram dondurmaların “Təmiz Şəhər” ASC-in poliqonunda məhv edildiyini bildirsə də, yoxlama zamanı həmin firma tərəfindən heç bir dondurmanın “Təmiz Şəhər” ASC-yə təqdim olunmadığı və məhv edilmədiyi müəyyən edilib.

İqtisadi İnkişaf Nazirliyi tərəfindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Araşdırma zamanı “AER” şirkətinin vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etdikləri, həmin təşkilat tərəfindən istehsal olunan malların istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçıları aldadaraq, onların hüquqlarına və qanuni mənafelərinə, habelə istehlak bazarını tənzimləyən dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması faktları təsdiq olunub. Kifayət qədər əsaslar olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, vəzifə səlahiyyətlərindən sui-istifadəyə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan 200.2.2, 200.2.3 və 308.1-ci maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 429

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46