Gədəbəyin 2 kəndində sürüşmə təhlükəsi artır
18 may 2010 15:30 (UTC +04:00)

Gədəbəyin 2 kəndində sürüşmə təhlükəsi artır

Kənd sakinləri isə evlərindən çıxmaq istəmirlər

Gədəbəy rayonunun iki kəndində torpaq sürüşməsi təhlükəsi yaranıb. Rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, buna baxmayaraq, Arıqıran və Şahdağ kəndlərində yaşayan 9 ailə uçmaq təhlükəsi olan evlərindən çıxmaq istəmir.


Bu kəndlərdə sürüşmə təhlükəsi aprel ayının sonlarından etibarən yaranıb. Həmin vaxtdan rayon ərazisində təhlükəsizlik tədbirləri görülməyə başlayıb. Arıqırandakı ailələr yeni tikilmiş evlərə köçürülür. Şahdağdakı ailələrdən isə dərhal evlərdən çıxaraq, başqa yerlərdə qalmaları xahiş olunub. Arıqıran kəndində 4, Şahdağda isə 5 ailə var.

RİH-dən verilən məlumata əsasən, həmin kəndlərdə təhlükəli vəziyyət 2003-cü ildən etibarən əmələ gəlib. Yeddi il əvvəl Şahdağ kəndində bir evin uçması nəticəsində eyni ailənin 4 üzvü dağıntılar altında qalaraq həlak olub.


Həmin hadisədən sonra Arıqıran kəndində təhlükəli bölgədə olan ailələr üçün yeni evlər tikilib, Şahdağdakı ailələrə isə başqa yerlərdə ev almaları üçün pul vəsaiti ayrılıb.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 313

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21