Xaçmazda sel təhlükəsi: 15 evi su yuyub apara bilər
Qudyalçayda suyun səviyyəsinin artması ciddi problemlər yaradıb
Qudyalçayda suyun səviyyəsinin artması Xaçmazın Köhnə Xaçmaz kəndindəki evlər üçün təhlükə yaradıb. Artıq bir evin həyətinin bir hissəsində su torpaq sahəsini yuyub aparıb.
Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri Rəhman İsrafilov Lent.az-a bildirib ki, Qudyalçayın kənarında 15-ə yaxın yaşayış evi var. Bələdiyyə sədrinin sözlərinə görə, təhlükənin qarşısını almaq üçün əraziyə texnika cəlb olunub.
Suvarma sistemləri idarəsinin baş mühəndisi Bəybala Poladov isə Lent.az-a bildirib ki, əraziyə iki texnika cəlb edilib. Çayda suyun səviyyəsinin çox olması səbəbindən texnikalar intensiv işləyə bilmir.
Xatırladaq ki, Quba Regional Hidrometeologiya müəssisəsi regionda yarana biləcək sel təhlükəsi ilə əlaqədar may ayının 11-də bölgənin 6 rayonun müvafiq qurumlarına xəbərdarlıq edib.

390