Vəlvələçay üzərindəki körpünün uçmaq təhlükəsi var
Çayın üzərindəki 40-dan çox daş karxanaları bağlanmalıdır
Gəndab-Xaçmaz yolunun 14-cü km-də Vəlvələçayın üzərindəki körpünün uçmaq təhlükəsi var. Körpü dayaqlarının çay məcrasında olan hissəsində əmələ gələn yarğanlar gündən-günə dərinləşir. Vəziyyət təhlükəli həddə çatıb.
Bu barədə müvafiq dövlət qurumlarına məlumat verilib. Çayın körpünün girişindən çıxışına qədər olan hissəsi meyllidir. Bu da suyun səviyyəsinin artmasına səbəb olur. Yüksək sürətlə axan su yarğanları daha da dərinləşir. Bunun da qarşısını almaq üçün çay məcrasının ağır beton piltələr tökülüb. Amma sel həmin piltələri də sel dağıdıb, su körpü dayaqlarının alt hissəsini yuyub. 5 saylı yol istismar idarəsinin rəisi müavini Sadıq İsmayılov Lent.az-a bildirib ki ,buna səbəb çayın üzərində fəaliyyət göstərən 40-dan çox çay daş karxanasıdır. Həmin karxanalar lazım olduğundan çox çınqıl istehsal edir. Nəticədə çayın məcrası dərinləşir. Mütəxəssis hesab edir ki, həmin daş karxanalarının fəaliyyəti dayandırmalıdır. Bundan əlavə, körpünün su çıxacaqlarında beton sədd tikilməlidir.
“Azəryolservis”ASC-nin mütəxəssisləri, Xaçmaz rayon Fövqəladə Hallar Komissiyasının sədri Akif Mərdanov, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları körpüyə baxış keçiriblər.
Qeyd edək ki, körpü 2008-ci ildə istifadəyə verilib.
Vəli Turan

413