Mingəçevir su anbarında suyun səviyyəsi qalxıb
13 may 2010 17:30 (UTC +04:00)

Mingəçevir su anbarında suyun səviyyəsi qalxıb

Son bir sutka ərzində Mingəçevir su anbarında suyun səviyyəsi 5 sm qalxaraq 82,42 m təşkil edib. Anbarda maksimal səviyyə 83 m olduğundan bu həddə çatmağa 58 sm qalıb.


Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Mərkəzinin direktoru Elnar Sultanov bildirib. Onun sözlərinə görə, Araz su anbarında suyun səviyyəsi dəyişilməz qalıb və 777,77 m təşkil edir. Hazırda Araz su anbarından 530 kubmetr/saniyə , Mingəçevir su anbarından isə 745 kubmetr/saniyə su axıdılır.


Mayın 16-dək ölkə ərazisində yağıntıların davam edəcəyini deyən E. Sultanov bildirib ki, bu müddətə qədər Kürün mənsəb hissəsində suyun səviyyəsinin yüksələcəyi gözlənilir.


Mayın 16-dan sonra ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi gözlənilir. Buna baxmayaraq, dağ çaylarında, Kür və Arazın qollarında bolsululuq davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 345

Oxşar yazılar