Xaçmazda 30-a yaxın evi sel yuyub apara bilər
12 may 2010 20:00 (UTC +04:00)

Xaçmazda 30-a yaxın evi sel yuyub apara bilər

Artıq bir evin həyətyanı sahəsini su yuyub

Xaçmazın yeni salınan yaşayış massivində 30-a yaxın yeni inşa olunan evi sel apara bilər. Qudyalçayın 4-5 metrliyində tikilən evlərin torpaq sahəsini son vaxtlar havaların yağmurlu keçməsi və çayda suyun səviyyəsinin artması nəticəsində su yuyub aparıb.

Sakinlərin Lent.az-a verdiyi məlumat görə, bu proses hazırda da davam edir. Həmin ərazidə yaşayan Xaçmaz rayon sakini Vahid Bədəlovun sözlərinə görə, su yuyub aparmasın deyə evinin hasarını söküb və tikinti işlərini dayandırıb. Ərazidə beton bənd olmadığından çayda suyun səviyyəsi artdıqca torpaq qatını su yuyub aparır.

Xaçmaz rayon Fövqəladə Hallar Komissiyasının sədri Akif Mərdanov Lent.az-a bildirib ki, hazırda həmin ərazidə texnika işləyir və prosesin qarşısını almağa çalışırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 389

Oxşar yazılar