Qubada 24 ev dağılıb, 90 ev qəzalı vəziyyətə düşüb
Təbii fəlakət nəticəsində Qubada 24 yaşayış evi tamamilə dağılıb, 90 ev qəzalı vəziyyətə düşüb. Onlardan 36 evdə yaşamaq təhlükəli olduğundan həmin ailələr köçürülüb. Bu barədə Lent.az-a Quba Fövqəladə Hallar Komissiyasının sədri Sahib Məmmədov məlumat verib.
Sahib Məmmədov bildirib ki, Güləzi kəndində evi uçan sakinlər üçün Nazirlər Kabinetinin qərarına əsasən yaxın günlərdə 12 evin tikintisi planlaşdırılır.
Fövqəladə Hallar Komissiyasının sədri kəndlərdə vəziyyəti daha yaxından öyrənmək üçün 16 iş qrupunun yaradıldığını deyib. Bu qruplar 2 gün ərzində təbii fəlakətdən ziyan çəkən ərazilərə baxış keçirəcək. Nəticə barədə FHK-a məlumat verəcəklər.

377