Yuxarı Daşkəsəndə torpaq sürüşməsi
11 may 2010 12:45 (UTC +04:00)

Yuxarı Daşkəsəndə torpaq sürüşməsi

Orta məktəb qarşısındakı istinad divarında çatlar əmələ gəlib, uçma təhlükəsi yaranıb


9 may 2010-cu il tarixində Xanlar rayonunun Aşıqlı kəndi ərazisində Gəncə-Toğana-Kəlbəcər magistral avtomobil yolunun 16,6-cı kilometrliyində torpaq sürüşməsinə meylli sahələrdə sürüşmə prosesi fəallaşıb.


Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytna istinadən verdiyi məlumata görə, yolun asfalt örtüyündə çökmə və 10-15m uzunluqda, 20-25sm enində yeni çatlar əmələ gəlib.


Elektrik dirəkləri yerini dəyişib və xətlər qırılıb. Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində də torpaq sürüşməsi baş verib. Sürüşmə zonasının eni 10-12sm, uzunluğu 50m təşkil edib. Nəticədə orta məktəb binasının qarşısındakı uzunluğu 60m, hündürlüyü 3,5m olan istinad divarında çatlar əmələ gəlib, uçma təhlükəsi yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372

Oxşar yazılar