Böyrək alverçisi məhkəmə zalından azadlığa buraxıldı
31 mart 2010 13:30 (UTC +04:00)

Böyrək alverçisi məhkəmə zalından azadlığa buraxıldı

Martın 31-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə insan orqanlarının satışı ilə məşğul olmaqda təqsirləndirilən Bərdə rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Lent.az-ın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İradə Səfixanovanın cinayəti sübuta yetirilməyib. Bu səbəbdən məhkəmə İ.Səfixanova barəsində olan cinayət işinə xitam verib. O, məhkəmə zalından azadlığa buraxılıb.


İttihama görə, İ.Səfixanova Esmira Naibovanın ona borclu olduğu 3 min manat pulun qaytarılması müqabilində onun böyrəklərinin transplantasiya edilməsi üçün İran İslam Respublikasının Tehran şəhərinə aparıb. Tehran şəhərində yerləşən xəstəxanaların birində E.Naibovanın sol böyrəyi əməliyyat yolu ilə Adilə Abdullayevaya köçürülüb.


Qeyd edək ki, İ.Səfixanova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137-ci (insan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə), 144-1.2.7-ci ( həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə, zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə insan alveri etmək) maddələri ilə ittiham olunub.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar