Azərbaycanlı kişi Türkiyədə fahişələrə vasitəçilik edirmiş
Özbəkistan, Azərbaycan və Türkmənistan əsilli 28 fahişə saxlanılıb
Türkiyə polisinə Kocaeli vilayətinin Gebze rayonunun Mutlukent və Yenikent məhəllələrindəki bəzi evlərdən fahişəxana kimi istifadə edildiyi barədə məlumat daxil olub.
Lent.az-ın “haberanaliz.net” saytına istinadən verdiyi məlumata görə, polis bu gün səhər saat 05:00 radələrində eyni vaxtda 27 evdə əməliyyat keçirib.
Əməliyyat zamanı 34 fahişə və onları evlə təmin edən 18 kişi yaxalanıb. Fahişələrin içərisində müəllimə və tibb bacıları var. Qadınların 28-i Özbəkistan, Azərbaycan və Türkmənistan əsillidir. Qadınlar üçün vasitəçilik edənlərdən biri də Azərbaycan əsilli kişidir.
Polisin araşdırması zamanı məlum olub ki, Özbəkistan, Azərbaycan və Türkmənistandan Türkiyəyə gələn qadınlar saxta evliliyə imza atır, sonra da evləndikləri kişilərin vasitəçiliyi ilə fahişəliklə məşğul olurlarmış. O da məlum olub ki, Mutlukent və Yenikent məhəllələrindəki bəzi mağaza satıcıları ailəliklə vasitəçiliklə məşğul imişlər. Məsələn, satıcı işləyən bir ana və onun 2 oğlu gününü fahişə qadınlar üçün müştəri tapmağa həsr edirlərmiş. Bəzi fahişələr də çox pul qazandıqları üçün Özbəkistan, Azərbaycan və Türkmənistandan qızlarını və qohumlarını bu işlə məşğul olmaq üçün Türkiyəyə gətiriblər.

659