Rail Rzayevin yaşadığı binanın mühafizəçisinə 3 il 6 ay həbs
Bu gün Yasamal rayon Məhkəməsində Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, ötən il qətlə yetirilmiş general-leytenant Rail Rzayevin yaşadığı binanın mühafizəçisi Elşən Eyvazovun məhkəməsi keçirilib.
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Elşən Eyvazovun vəkili müvəkkilinə bütün maddələr üzrə bəraət verilməsini, onun məhkəmə zalından azadlığa buraxılmasını istəyib.
O bildirib ki, Elşən Eyvazov Rail Rzayevin ölümü ilə əlaqədar tutulub, sonra ona əsassız olaraq başqa maddələrlə ittiham verilib.
Elşən Eyvazov da son söz deyib və məhkəmədən ədalətli qərar çıxarılmasını və ona bəraət verilməsini istəyib.
Məhkəmə Elşən Eyvazovu 3 il 6 ay azadlıqdan məhrum edib.
Qeyd edək ki, R.Rzayev ötən il fevralın 11-də yaşadığı binanın qarşısında qətlə yetirilib.
Fərid

633