"QAZel" velosiped sürən azyaşlını vurub öldürdü
30 dekabr 2019 12:46 (UTC +04:00)

"QAZel" velosiped sürən azyaşlını vurub öldürdü

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası olub.

Daxi İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə dekabrın 29-da saat 17 radələrində Kürdəmir rayonu, Şıxımlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini N.Məlikov idarə etdiyi “QAZel” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Atakişili kənd sakini azyaşlı, Kənan Nəbizadəni vurub. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Kürdəmir rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 935
avatar

Mehman Nəbiyev

Oxşar yazılar