Soyuducunu daha yaxşı  necə təmizləmək olar?
08 iyul 2024 11:58 (UTC +04:00)

Soyuducunu daha yaxşı necə təmizləmək olar?

Tez-tez səpələnmiş və bəzən xarab olan qidalar səbəbindən soyuducudan xoşagəlməz qoxu gələ bilər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bunun qarşısını almaq və soyuducunu ən yaxşı şəkildə təmizləməyin bir sıra sadə üsulları var.

Soyuducunu təmizləməyə başlamazdan əvvəl onu elektrik şəbəkəsindən ayırmalısınız. Soyuducunu tamamilə boşaldın. İstifadə müddəti bitmiş qidalar varsa, onları ayırın. Bu mərhələdə soyuducunun içindəki çıxarıla bilən hissələri çıxarın. Bölmələri, xüsusən də yumurta rəflərini, qabları və qapağı çıxarın.

Soyuducudan çıxardığınız bölmələri yuyun. Yumşaq bir süngərin köməyi ilə bölmələrə yapışan kirləri təmizləyin. Bu hissələri qabyuyan maşında deyil, əl ilə yumalısınız. Yuduqdan sonra mütləq tərs çevirərək qurudun.

Soyuducunu təmizləyərkən süngər və ya yumşaq parça ilə diqqətli olmalısınız. Metal təmizləyici süngərlər soyuducunu qaşıya bilər. Buna görə də soyuducunu qoxusuz və maye yuyucu vasitə ilə təmizləməlisiniz.

Kiçik bir vedrənin yarısı su ilə doldurun. 2 xörək qaşığı soda və ya 4 xörək qaşığı sirkə əlavə edib yaxşıca qarışdırın. Bu qarışımla soyuducunun içini təmizləyə bilərsiniz. Dondurucu üçün plastik butulkalara 1 xörək qaşığı soda və 1 xörək qaşığı sirkə əlavə edib yaxşıca çalxalayın. Bu qarışığı dondurucunun hər küncünə səpin və süngərlə təmizləyin. 

Soyuducunun içini çay dəsmalı ilə quruda və ya quruması üçün qapılarını açıq qoya bilərsiniz. Burada diqqət yetirilməsi lazım olan ən vacib məqam yeməyi soyuducuya qoymazdan əvvəl tam quruduğundan əmin olmaqdır.

Soyuducunu tamamilə təmizləyib qurutduqdan sonra məhsulları yerləşdirməyə başlaya bilərsiniz. 

Soyuducunuzun təmizləndikdən sonra xoş qoxu gəlməsini istəyirsinizsə, təzə çəkilmiş qəhvəni kiçik bir qaba qoyub soyuducunun içərisində saxlayın. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4041
avatar

Arzu Qurbanlı

Oxşar yazılar