Şok həqiqət:  yataq üzləri tualetdən daha çirkli  ola bilər
27 oktyabr 2025 15:09 (UTC +04:00)

Şok həqiqət: yataq üzləri tualetdən daha çirkli ola bilər

0

İllərdir deyirlər ki, çarşafları mütəmadi olaraq yumaq lazımdır. Amma “mütəmadi” hər kəs üçün fərqli məna daşıya bilər. Bu iş hər zaman görülməli vacib işlərin siyahısında öndə durmur. Lakin yeni tədqiqat bu məsələyə münasibətinizi dəyişə bilər.

Lent.az xəbər verir ki, bu tədqiqatı döşək istehsal edən Amerisleep şirkəti təqdim edib.

Nəticələr göstərir ki, amerikalıların hər dördündən biri yataq dəstini cəmi ayda bir dəfə yuyur. Nəticədə yataq üzərində, xüsusilə çarşaf və yastıq üzlüklərində çoxlu mikrob toplanır.

Yoluxucu xəstəliklər üzrə mütəxəssislər deyirlər ki, bunun ucbatından xəstələnmək ehtimalı azdır. Amma özünüzü yaxşı hiss etmək istəyirsinizsə, bu məsələyə diqqət yetirmək yenə də faydalıdır.

Tədqiqat üçün Amerisleep könüllülər cəlb edib və onlardan dörd həftə ərzində yataq dəstini yumamamağı xahiş edib. Şirkət könüllülərdən çarşaflardan müntəzəm olaraq yaxma götürmələrini istəyib və bu yaxmaları mikroskop altında analiz edərək yataqda nə gizləndiyini araşdırıb.

Təxmin etdiyiniz kimi, yataqda bakteriyaların səviyyəsi zamanla artıb. Lakin çarşafla yastıq üzlüyündə bakteriyaların miqdarı fərqli olub. Tədqiqatçılar bakteriyaların sayını koloniyastrukturlaşdıran vahidlərlə (KOE) ölçüblər və müəyyən ediblər ki, bir həftədən sonra çarşaflarda təxminən 5 milyon, dörd həftədən sonra isə 11,3 milyona qədər bakteriya olub. Yastıq üzlüklərində isə bir həftə ərzində təxminən 3 milyon KOE, dörd həftədən sonra isə kəskin artımla 11,9 milyon bakteriya qeydə alınıb.

Yastıq üzlükləri artıq bir həftədən sonra unitaz oturacağından 17 442 dəfə daha çirkli olub və bundan sonra vəziyyət sürətlə pisləşib. Dörd həftənin sonunda yastıq üzlüklərində ev heyvanlarının yem qabından 39 dəfə çox bakteriya aşkarlanıb. Bir həftədə çarşaflar unitaz tutacağından 24 631 dəfə daha çirkli olub, dördüncü həftənin sonunda isə diş fırçası tutacağından 5,4 dəfə çox bakteriya əhatə edib.

Amerisleep hansı bakteriya növlərinin aşkarlanmasını dəqiqləşdirməyib. Onlar sadəcə bakteriyaları basil, qrammənfi çöpvari və qrammüsbət kokklar kimi qruplaşdırıblar. İnfeksionistlər qeyd edirlər ki, bu bakteriyaların böyük əksəriyyəti ətraf mühitdə olan və infeksiya yaratmayan növlərdəndir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar