Evinizdəki bu rənglər  sakitliyinizi və enerjinizi “oğurlaya”  bilər
17 may 2026 10:06 (UTC +04:00)

Evinizdəki bu rənglər sakitliyinizi və enerjinizi “oğurlaya” bilər

0

Tünd və aqressiv rəng çalarları gərginlik yarada, işığı udaraq evdəki atmosferə mənfi təsir göstərə bilər.

İnteryerdə istifadə olunan rənglər yalnız evin görünüşünə deyil, insanın emosional vəziyyətinə də təsir edir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bəzi çalarlar rahatlıq və sakitlik hissi yaradır, digərləri isə yorğunluq, gərginlik və daxili narahatlıq hissinə səbəb ola bilər. 

Mütəxəssislər bildirirlər ki, zəngin və tünd rənglər çox vaxt zərif və eleqant interyer yaratmaq məqsədilə seçilir.

Lakin düzgün işıqlandırma, uyğun mebel və ölçü hissi olmadan nəticə gözlənilən qədər estetik deyil, əksinə, sıxıcı ola bilər.

Divarlar böyük səth sahəsinə malik olduğundan otaqdakı ümumi atmosferə ciddi təsir edir. Məhz buna görə insanlar bəzən təmirdən sonra otağın gözəl göründüyünü düşünsələr də, orada özlərini rahat hiss etmirlər. Bunun səbəbi uğursuz seçilmiş rəng ola bilər.

İnteryer dizaynerləri balansı qorumağı tövsiyə edirlər. Parlaq və ya tünd rənglərdən bütün divarları boyamaq əvəzinə dekorativ yastıqlar, vazalar, tablolar və digər dekor elementlərində istifadə etmək daha məqsədəuyğun hesab olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar