Zəlzələdə ölənlərin sayı 920-yə çatdı, 50 mindən çox insan itkin düşüb - YENİLƏNİB
26 iyun 2026 22:41 (UTC +04:00)

Zəlzələdə ölənlərin sayı 920-yə çatdı, 50 mindən çox insan itkin düşüb - YENİLƏNİB

1

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 920-yə çatıb.

Lent.az xəbər verir ki, bu barədə Milli Assambleyanın sədri Xorxe Rodrigez məlumat verib.

Onun sözlərinə görə daha 3360 nəfər yaralanıb, 50 mindən çox insan isə hələ də itkindir.

***

16:56

Venesuelada baş verən güclü zəlzələlər nəticəsində həlak olanların sayı 589 nəfərə yüksəlib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə ölkə prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriqez dövlət televiziyasının efirində məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində daha 2 980 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

***
09:51

Venesuelada güclü zəlzələlər nəticəsində ölənlərin sayı artıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, son məlumata əsasən, təbii fəlakət nəticəsində həlak olanların sayı 235 nəfərə çatıb, 4,3 mindən çox insan yaralanıb. Minlərlə insanın taleyi ilə bağlı narahatlıq davam edir və axtarış-xilasetmə əməliyyatları fasiləsiz aparılır. 

Venesuela hakimiyyəti ölkədə fövqəladə vəziyyət elan edib və zəlzələdən ən çox zərər çəkən bölgələrdə genişmiqyaslı xilasetmə və bərpa işlərinə başlanılıb. 

Qeyd edək ki, iyunun 24-ü axşam saatlarında 40 saniyə fərqlə maqnitudası 7,2 və 7,5 olan iki güclü yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentri Yaracuy ştatında yerləşib və onların episentrləri bir-birindən təxminən 10 kilometr məsafədə olub.

***
25 iyun, saat: 14:37

Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, son rəsmi rəqəmlərə görə, ölənlərin sayı 164-ə, yaralıların sayı isə 971-ə çatıb. 

***

09:28

Venesuelada baş verən güclü zəlzələlər nəticəsində 32 nəfər ölüb, 700-dən çox insan xəsarət alıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, ardıcıl olaraq 7,2 və 7,5 bal gücündə iki zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Moron şəhərindən 16 kilometr, San Felipe şəhərindən isə 24 kilometr məsafədə yerləşib. 

Hazırda dağıntılar altında qalan insanların axtarışı davam edir, xilasedicilər və təcili yardım briqadaları ən çox zərər görən bölgələrdə fəaliyyət göstərirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2559

Oxşar yazılar