Ukrayna prezidenti Vladimir Zelenski Ali Komandanlığın qərargahında iclas keçirib.
Lent.az xəbər verir ki, bu barədə Zelenski videomüraciətində bildirib.
O çıxışında bundan sonra cəbhədə baş verəcək dəyişikliklərə diqqət çəkib.
“Düşünürəm ki, hamınız əsas məsələlərin nədən ibarət olduğunu başa düşürsünüz. Müəyyən qərarlar qəbul edilib. Düşünürəm ki, biz onların hamısını görəcəyik”, - deyə Zelenski vurğulayıb.