Zelenski ABŞ-ın sülh planı fonunda mövqeyini AÇIQLADI
20 noyabr 2025 00:35 (UTC +04:00)

Zelenski ABŞ-ın sülh planı fonunda mövqeyini AÇIQLADI

0

Ukrayna anlamlı formatlarda sülhün bərqərar olması üçün işləməyə hazırdır. Müharibəyə son qoymağa yalnız ABŞ Prezidenti Donald Trampın gücü çatır.

Lent.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Teleqram” səhifəsində məlumat verib.

“Bu ilin əvvəlindən biz Ukraynada Prezident Trampın bütün qəti addımlarını və rəhbərliyini, bu müharibəyə son qoymaq üçün hər bir güclü və ədalətli təklifi dəstəkləmişik. Və yalnız Prezident Tramp və Amerika Birləşmiş Ştatlarının nəhayət müharibəni bitirmək gücü var", - deyə Zelenski qeyd edib.

Zelenskinin sözlərinə görə, Ankarada görüş zamanı Ərdoğan danışıqlar üçün formatlar təklif edib və bu formatları dəstəkləyib. Ukrayna isə Türkiyənin bunun üçün platforma verməyə hazır olduğunu yüksək qiymətləndirir.

"Biz nəticə verə biləcək istənilən digər mənalı formatlarda işləməyə hazırıq. Amma qan tökülməsinə son qoymaq və davamlı sülhə nail olmaq üçün ən vacibi odur ki, biz bütün tərəfdaşlarla koordinasiyada çalışaq və Amerika rəhbərliyi effektiv, güclü olaraq qalsın və davamlı, insanların təhlükəsizliyini təmin edəcək sülhə nail olsun", deyə Prezident əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar