Hindistanda dəhşətli qəza baş verib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Hindistanın Uttar Pradeş şəhərində yük maşını magistral yolun kənarında dayanan avtobusa çırpılıb. Hadisə zamanı avtobusda olan işçilərdən 18-i ölüb, 24-ü yaralanıb.
Yük maşının sürücüsünün qaçdığı bildirilir.
Sevinc Fərid