Yaponiyada qasırğaya görə çox sayda abonentin elektrik təchizatı kəsilib.
Lent.az-ın TNK televiziyasına istinadla xəbərinə görə, Okinava prefekturasında güclü küləyə görə 4 mindən çox abonentə elektrik verilişi dayandırılıb. Bundan başqa, 100 mindən çox sakinə təxliyə barədə xəbərdarlıq edilib. ərazidə torpasq sürüşməsi riski mövcuddur.
Sakit okeanda formalaşan Xinnanmor qasırğasının sürəti 40-60 metr saniyə arası dəyişir.