Haitinin şimalındakı Kap-Aitien şəhərində yanacaq daşıyan yük maşınını partlaması nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə “France-Presse” yerli hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb.
Daha əvvəl partlayış nəticəsində 75 nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, zərərçəkənlərdən bəzilərinin vəziyyəti hələ də ağırdır.
İlkin məlumata görə, tanker dekabrın 14-də yerli vaxtla, təxminən gecə yarısı magistral yolda idarəetmədən çıxaraq aşıb. Yoldan keçənlər fürsətdən istifadə edərək əllərindəki yanacaq çənlərini doldurmağa başlayıblar. Bu zaman partlayış baş verib.